Mərhum Xalq artisti Rasim Balayevin indiyədək geniş yayılmayan daha bir görüntüsü ortaya çıxıb.
Musavat.com xəbər verir ki, sözügedən kadr aktyorun 1981-ci ildə çəkildiyi Almaniya istehsalı “Yer yuvarlaq olmasaydı” filmindəndir.
Rasim Balayev bu filmdə əsas qəhrəman – suriyalı Hatem obrazını canlandırıb. Qeyd edək ki, film Azərbaycanda nümayiş olunmayıb.
Xatırladaq ki, Rasim Balayev bu ilin martın 29-da Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.
Şahanə Rəhimli
Musavat.com