Ağcabədidə toy mərasimində ölüm hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü rayon sakini Samir Nəcəfovun toy zamanı qəfil halı pisləşib.
Yaxınları onu dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsalar da, S. Nəcəfov yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta