AZ

Peskov: Sülh üçün Rusiya öz məqsədlərinə çatmalıdır

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Rusiya Ukrayna ilə davamlı sülh istəyir və bu, Rusiya Federasiyası öz maraqlarını təmin etdikdə və xüsusi hərbi əməliyyatın əvvəlindən qarşıya qoyulan məqsədlərə çatdıqda mümkün olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "Vesti"nin müxbiri Pavel Zarubinə bildirib.

Peskov izah edib:

"İndi ukraynalılar deyirlər: gəlin belə edək, Rusiya zərbələri davam etdirməmək üçün bütün imkanlara malikdir. Burada hər şey çox sadədir: biz davamlı sülh istəyirik. Davamlı sülh isə o zaman bərqərar ola bilər ki, biz maraqlarımızı təmin edək və ən başdan qarşıya qoyulan məqsədlərə nail olaq."

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr