Kanadanın ABŞ-dən olan çoxillik hərbi və iqtisadi asılılığına son qoyulacaq.
Publika.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni Liberal Partiyasının Monrealda keçirilən qurultayında çıxışı zamanı bildirib.
O çıxışında Kanadanın müdafiə sənayesi və satınalmalar sahəsində milli suverenliyini bərpa etməli olduğunu vurğulayıb:
"Əvvəllər gücümüz ABŞ ilə yaxın əlaqələrimizə əsaslanırdı. İndi bu bağlar bizim zəifliyimizə çevrilib. Artıq özümüzə baxmalıyıq. Ordumuzun xərclədiyi hər 1 dolların 70 sentinin Amerika Birləşmiş Ştatlarına göndərildiyi günlər sona çatdı."
Baş nazir bildirib ki, Kanada xalqı rəsmi qərarları gözləmədən artıq iqtisadi müqavimətə başlayıb: