AZ

Yuventus icarəyə götürdüyü futbolçu ilə müqavilə bağladı

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Yuventus" vingeri Jeremi Boqa ilə uzunmüddətli müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında paylaşım edib.

Fil Dişi Sahilindən olan futbolçu müqavilə ilə "Nitsa"ya məxsus olsa da, cari mövsümdə icarə əsasında Turin klunun formasını geyinir. Bir müddət əvvəl mətbuatda "Yuventus"un oyunçunun anlaşmasında 4,8 milyon avroya satınalma bəndinin işə salacağı ilə bağlı xəbərlər yayılmışdı. İtaliya klubundan bundan yararlanıb və Boqa ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu "Yuventus"un heyətində bütün turnirlərdə 10 oyunda iştirak edib. Boqa 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Jeremi mart ayı üçün A Seriyasının ən yaxşısı seçilib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
3
sport24.az

5Mənbələr