AZ

Qalibaf danışıqların detallarını açıqladı

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Danışıqlara başlamazdan əvvəl vurğuladım ki, iradəmiz var, amma əvvəlki iki müharibənin təcrübəsi üzündən qarşı tərəfə etibar etmirik. İran nümayəndə heyətindəki həmkarlarım ümidverici təşəbbüslər irəli sürdülər, lakin qarşı tərəf sonda bu danışıqlar mərhələsində İran nümayəndə heyətinin etimadını qazana bilmədi”.

“Cebheinfo.az” xəbər verir ki, bunu  İran parlamentinin spikeri və ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqer Qalibaf sosial mediada yazıb.

"Amerika bizim məntiqimizi və prinsiplərimizi başa düşdü, indi etimadımızı qazanıb-qazanmayacağına qərar verməlidir.

Biz hərbi güclə yanaşı, diplomatiyanı İran millətinin hüquqlarının qorunması üçün bir vasitə hesab edirik. İranın 40 günlük müdafiəsinin nailiyyətlərini möhkəmləndirmək üçün səylərimizi dayandırmayacağıq", - deyə o qeyd edib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr