ain.az, Redaktor.az saytına istinadən bildirir.
Lamine Yamal İspaniya La Liqasında yeni nailiyyətə imza atıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, "Barselona" klubunun gənc cinah oyunçusu buna çempionatın XXXI turu çərçivəsində "Espanyol" ilə keçirilən görüşdə meydana çıxmaqla nail olub.
Həmin qarşılaşmada 1 qol vurub və 2 məhsuldar ötürmə edən futbolçu La Liqada 100-cü oyununu keçirib. O, bu göstəriciyə 18 yaş 272 günündə çatıb.
Bununla da Yamal Raul Gonzalez-in əvvəlki rekordunu (19 yaş 284 gün) geridə qoyub.
Qeyd edək ki, oyun "Barselona" komandasının "Espanyol" üzərində 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.