Rusiya öz nəhəng ölçüləri və qüdrəti ilə hər zaman avropalıları qorxudub, onlar isə öz növbəsində Rusiyanı "xəyali düşmən" kimi istifadə etməyi əlverişli hesab ediblər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.
Kreml rəsmisi qeyd edib ki, bu cür yanaşma daxili siyasi məqsədlər üçün olduqca rahatdır: