AZ

Salah bunu bacaran beşinci oyunçu oldu

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 32-ci turunda “Fulhem”ə qarşı matçda fərqlənib.

"Ölkə.az" xəbər verir ki, bu qol sayəsində Salahın Premyer Liqada penaltilər nəzərə alınmadan məhsuldar göstəriciləri (qol + assist) sayı 250-yə çatıb. Ona qədər bu göstəriciyə yalnız Endi Koul (258), Alan Şirer (268), Rayan Giqs (269) və Ueyn Runi (288) nail ola bilib.

Ümumilikdə isə Salah “Liverpul”un heyətində karyerası ərzində 436 oyuna çıxıb və 255 qol vurub.

Qeyd edək ki, sözügedən görüş “Liverpul”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
11
2
olke.az

10Mənbələr