Dünyanın böyük ümidlə gözlədiyi ABŞ və İran arasındakı tarixi İslamabad danışıqları rəsmən iflasa uğrayıb.
Mənbələrin verdiyi məlumata görə, İran tərəfinin "10 maddəlik sülh planı" və ABŞ-ın "qeyd-şərtsiz geri çəkilmə" tələbləri arasında orta yol tapılmayıb. Feldmarşal Munirin vasitəçilik səyləri də tərəfləri eyni masa arxasında saxlamağa kifayət etməyib.
İslamabad küçələrində sülh danışıqlarını simvolizə edən bütün dekorasiyaların və məlumat lövhələrinin təcili şəkildə yığışdırılması diplomatik münasibətlərin kəsildiyinin ən bariz göstəricisidir.
Müharibə anonsu? Analitiklər bu uğursuzluğu "fırtına qabağı sükutun sonu" kimi qiymətləndirirlər. Danışıqların nəticəsiz bitməsi Yaxın Şərqdə hərbi əməliyyatların daha şiddətli şəkildə bərpa olunacağı və neft bazarlarında qiymətlərin rekord həddə çatacağı barədə qorxuları artırıb.
“Cebheinfo.az”