AZ

Bundesliqa tarixində belə hal heç vaxt görülməyib - Rekord

"Bayern Münhen" bir mövsümdə 102 qol vuraraq Bundesliqanın yeni rekorduna imza atıb. 

Fanat.Az xəbər verir ki, bu statistikanı "Opta" 29-cu turun "Sankt-Pauli" ilə oyunundan sonra yayıb.

Turnirin 63 illik tarixində belə bir qol rekordu heç vaxt görünməyib. Münhenlilər mövsümün bitməsinə beş tur qalmış rekorda imza atıblar. Onların ən yaxın izləyicisi "Borussiya Dortmund" isə 42 qol az vurub.

"Bayern"in hücumçuları Harri Keyn, Maykl Olise və Luis Dias bu mövsüm dünyanın ən çox qol vuran "üçlüyü"dür. Onlar Bundesliqada birlikdə artıq 57 qol vurublar.

Xatırladaq ki, "Bayern"i hazırda Vinsent Kompani çalışdırır. Belçikalı mütəxəssis Almaniya nəhənginə İngiltərə Premyer Liqasından düşən "Börnli"dən keçib.
 

Seçilən
8
1
fanat.az

2Mənbələr