AZ

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi rayonlarında arabir şimşək çaxır, yağış yağır, Şahdağa qar yağması müşahidə olunur.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qar örtüyünün hündürlüyü Şahdağda 81 sm-dir.

Yağıntının miqdarı Şahbuzda 9, Qax (Sarıbaş) və Balakəndə 6, Tovuz və Naxçıvanda 4, Şəki, Oğuz, Culfa, Lənkəran, Daşkəsən, İsmayıllı, Şamaxı, Qəbələ, Qusar, Quba, Mingəçevir, Göyçay, İmişli, Biləsuvar, Gədəbəy, Ağstafa, Gəncə, Naftalan, Şəmkir, Astara, Şərur, Ordubad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 mm-dir.

Aprelin 11-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Bərdədə 16, Culfada 15 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Xızı, Qusar, Xaltan, Yardımlı, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
38
konkret.az

10Mənbələr