AZ

Bornmut un 19 yaşlı hücumçusu 21 ci əsrdə İngiltərədə bunu bacaran ilk futbolçu oldu

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Bornmut"un 19 yaşlı hücumçusu Eli Junior Krupi, 21-ci əsrdə debüt mövsümündə Premyer Liqada ən azı 10 qol vuran ilk yeniyetmə futbolçu olub. Sport24.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.

Fransız futbolçu 10-cu qolunu 32-ci turda "Arsenal"ın qapısından keçirib. Sonuncu dəfə belə uğura 1999/2000 mövsümündə "Koventri"nin heyətində 12 qol vuran Robbi Kin nail olmuşdu. 

Qeyd edək ki, "Bornmut" Krupini 2025-ci ilin yayında 12 milyon avro qarşılığında "Loryan"dan transfer edib. O, klubla 5,5 illik müqavilə imzalayıb. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
sport24.az

1Mənbələr