ABŞ Prezidenti Donald Tramp İrana qarşı dəniz blokadası tətbiq edilə biləcəyi barədə məqalə paylaşıb.
Aznews.az xəbər verir ki, İslamabadda ABŞ-İran danışıqları razılaşma olmadan başa çatdıqdan sonra Donald Tramp “Truth Social” platformasında İranın ABŞ tələblərini qəbul etməyəcəyi təqdirdə Vaşinqtonun dəniz blokadası tətbiq edilə biləcəyi barədə məqaləni paylaşıb.
“Just the News” nəşrində dərc olunan “Əgər İran geri çəkilməzsə, prezidentin əlindəki Tramp kartı: dəniz blokadası” başlıqlı məqalədə qeyd olunur ki, belə bir addım bu ölkənin iqtisadiyyatına ciddi şəkildə təsir edər və İranın neft ixracından asılı olan Çin və Hindistan kimi ölkələrə də təzyiqi artırar.