AZ

Trampın bu şübhələri alyansa zərər verir General

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Alyansa sadiqliklə bağlı açıq şübhələr onun birliyinə zərər verir.

Axar.az xəbər verir ki, bunu Niderland Silahlı Qüvvələrinin komandanı general Onno Ayxelsxaym Donald Trampın NATO ilə bağlı açıqlamalarını tənqid edərkən bildirib.

“Bizim ən güclü çəkindirmə vasitəmiz birlik kimi görünən bir alyansdır. Bu cür bəyanatlar buna kömək etmir”, – deyə Ayxelsxaym söyləyib.

Buna baxmayaraq, general ABŞ-ın müttəfiqlər qarşısında öhdəliklərini yerinə yetirəcəyinə əminliyini ifadə edib:

“Əgər biz kömək istəsək, onlar bunu təmin edəcəklər”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp NATO ölkələrini Hörmüz boğazı ilə bağlı dəstək vermədikləri üçün alyansı tərk etməklə hədələmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
axar.az

1Mənbələr