Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin bəzi ərazilərdə gözlənilən küləklivə qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Trend-in xəbərinəgörə, müraciətdə qeyd edilib ki, Milli HidrometeorologiyaXidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdəintensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli selkeçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyiproqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyimüvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki,güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən,bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi vənaqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyəolunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsiilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli havaşəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayətedilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə havaşəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərəalmalıdırlar.
Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel vədaşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaqdurmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyəqalxmaq tövsiyə olunur: "Eyni zamanda, ildırımla bağlıtəhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq,telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıqhavada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça vəantenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq vəbu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isəhərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsinigözləmək lazımdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!".