“İslamabad danışıqları uğursuz oldu, amma diplomatiya heç vaxt bitmir”.Metbuat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Pakistanın İslamabad şəhərində İran və ABŞ arasında keçirilən danışıqlardan sonra deyib. O bildirib ki, İran və ABŞ bir sıra məsələlərdə anlaşma əldə ediblər amma 2-3 vacib məsələdə fikir ayrılıqları olub.
Sözçü həmçinin qeyd edib ki, danışıqlar raundu 24 və ya 25 saat davam edib.