AZ

Türkiyəli məşhurlar barəsində saxlanılma qərarı çıxarıldı

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Türkiyədə məşhurlara qarşı yönəlmiş narkotik işi üzrə istintaq çərçivəsində tanınmış aktyor İlker İnanoğlu və müğənni Cem Adrian barəsində saxlanılma qərarı çıxarılıb.

"Ölkə.az" bu barədə "Haberler.com" portalına istinadən xəbər verir.

Məlumata görə, keçirilən əməliyyatlar nəticəsində sosial media fenomenləri - Samet Liçina, Özlem Parlu, Mika Slovana və Elif Karaaslan saxlanılıb. Bununla yanaşı, tanınmış aktyor İlker İnanoğlu və müğənni Cem Adrian haqqında saxlanılma qərarı çıxarılıb, lakin onlaırn hər ikisinin ölkə xaricində olduğu bildirilib.

Daha əvvəl aktyor İbrahim Çelikkol və müğənnilər Bengü, Simge Sağın, Mustafa Ceceli və Melek Mosso da daxil olmaqla, 9 nəfər barəsində saxlanılma qərarı verilib.

Onlar narkotik maddə almaq, qəbul etmək, saxlamaq, istifadə və təmin etməkdə ittiham olunurlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
2
olke.az

4Mənbələr