AZ

Orbandan KRİTİK BƏYANAT

Macarıstanın Baş naziri Viktor Orban ölkədəki seçkilərə xarici müdaxilənin görünməmiş miqyası barədə bəyanat verib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Orbanın sözlərinə görə, seçki kampaniyası zamanı hakimiyyət əvvəllər qeydə alınmayan miqyasda xarici müdaxilə kimi yeni bir hadisə ilə barışmalı olub. Baş nazir vurğulayıb ki, Macarıstanın XİN rəhbəri Peter Siyarto artıq "nənəsinə zəng edə" bilmir, çünki kənar xüsusi xidmət orqanları dərhal danışığı dinləyir.

Aprelin 12-nə təyin edilmiş parlament seçkiləri Viktor Orbanın 16 illik hakimiyyəti dövründə ən ciddi sınağa çevrilib. Peter Magyarın rəhbərlik etdiyi müxalif "Tisa" partiyası populyarlıq baxımından hakim "Fides" partiyası ilə demək olar ki, bərabərləşib. Baş nazir müxalifəti dəfələrlə xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqda və ofşorlar vasitəsilə Ukraynadan maliyyə almaqda ittiham edib. İddiaya görə, Ukrayna xüsusi xidmət orqanları Kiyevə sadiq qüvvələri dəstəkləmək üçün seçki yarışında aktivləşib.

Seçilən
2
3
publika.az

10Mənbələr