AZ

Hər yaşda cavan görünməyin sirri açıqlandı

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Hər on ildə əzələ kütləsinin orta hesabla 3–8 faiz itirilməsi qocalma prosesinin əsas göstəricilərindən biri hesab olunur. Beynəlxalq fitness studiyalar şəbəkəsinin baş məşqçisi Akulina Baxturina bu prosesi yavaşlatmağın effektiv yollarını açıqlayıb.İdmançı bildirib ki, 30 yaşdan sonra başlayan əzələ itkisini mütəmadi məşqlər vasitəsilə xeyli ləngitmək mümkündür. Onun sözlərinə görə, bu məsələdə güc məşqləri xüsusi rol oynayır. Belə ki, ağırlıq məşqləri insulin həssaslığını artırır, orqanizmdəki xroniki iltihab proseslərini azaldır və metabolik balansı qoruyur.A. Baxturina qeyd edib ki, kardio və interval məşqləri də yaşlanma ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir. Bu növ fiziki aktivlik hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondriyaların fəaliyyətini gücləndirir. Bu isə öz növbəsində oksidləşmə stressini azaldaraq qocalma faktorlarını zəiflədir. Ürək-damar sisteminin sağlamlığı üçün sürətli gəzinti, üzgüçülük və velosiped sürmək kimi orta intensivlikli məşqlər tövsiyə olunur.Optimal nəticə əldə etmək üçün mütəxəssislər həftədə 2–3 dəfə güc məşqləri ilə yanaşı, yoga və pilates kimi yüngül fitness növlərinin birləşdirilməsini məsləhət görürlər. Bununla belə, qocalma prosesinin yavaşlamasında 7–9 saatlıq yuxu rejimi və balanslı qidalanmanın da həlledici faktor olduğu vurğulanıb.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
demokrat.az

1Mənbələr