AZ

Bir aydan çox axtarışda olan şəxsin meyiti TAPILDI Ramilin ölümünün TƏFƏRRÜATI VİDEO

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

38 gün əvvəl itkin düşən şəxsin meyiti kanaldan tapılıb.AZXEBER.COM Baku TV-yə istinadən xəbər verir ki, hadisə Göyçayda baş verib. Belə ki, uzun müddət axtarışlardan sonra rayon sakini 31 yaşlı Ramil Abdullayevin cansız bədəni Yuxarı Şirvan kanalının rayonun Qaraman kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.Kənd sakini ərazidə qoyunları otararkən suyun üzündə meyit olduğunu görüb və dərhal DİN-nin "102" qaynar xəttinə məlumat verib. Əraziyə rayonun hüquq-mühafizə orqanının əməkdaşları cəlb olunublar və onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mərhumun ailəsinin verdiyi məlumata əsasən Ramil Elşad oğlu Abdullayev mart ayının 3-ü evdən çıxmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
azxeber.com

2Mənbələr