AZ

Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verəcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi aprelin 12-də Bakı şəhərinin Sabunçu (Ihissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt(I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (Ihissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran(II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan,Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam ortaməktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl(M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan,Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (Ihissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılanümumtəhsil müəssisələrinin şagirdləri üçün buraxılış imtahanıkeçirəcək.

Trend DİM-əistinadən xəbər verir ki, imtahanda 52687 şagirdin iştirakı nəzərdətutulur.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqəqalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonragələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarındaxüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faizpozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdinəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin binavə zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Seçilən
1
49
az.trend.az

10Mənbələr