AZ

Fransa Hörmüz boğazında gəmiçiliyin təmin edilməsinə kömək etməyə hazırdır - Makron

Bakı. Trend:

Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyininqorunmasına töhfə verməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti EmmanuelMakron iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığındansonra "X" sosial şəbəkəsində yazıb.

"İranın Hörmüz boğazında gəmiçiliyin azadlığını vətəhlükəsizliyini mümkün qədər tez bərpa etməsi vacibdir və Fransabuna töhfə verməyə hazırdır", - deyə o bildirib.

Onun sözlərinə görə, İran prezidenti ilə söhbətində o, "Livandada daxil olmaqla, atəşkəsə riayət etməyin vacibliyini" vurğulayıb."Fransa yeganə qanuni orqan olan Livan hakimiyyətinin hərəkətlərinitam dəstəkləyir", - deyə E.Makron vurğulayıb.

Seçilən
32
az.trend.az

1Mənbələr