AZ

İnstaqramda daha bir yenilik

İnstaqram platformasında yeni funksiya istifadəyə verilib.

İstifadəçilər paylaşdıqları şərhləri dərc edildikdən sonra 15 dəqiqə ərzində istədikləri qədər redaktə edə bilərlər. Redaktə olunmuş şərhlərin üzərində xüsusi qeyd görünəcək.

Bununla belə, şərhlərin dəyişiklik tarixçəsinə baxmaq imkanı yoxdur. Redaktə yalnız mətn hissəsinə aiddir: foto, GIF və digər media fayllarını dəyişmək mümkün deyil, yalnız onlara əlavə olunan yazını yeniləmək olar. (Axşam.az)

Seçilən
17
musavat.com

1Mənbələr