AZ

Səlahiyyət müddəti 2028-ci ilədək artırıldı

Luçano Spalletti “Yuventus”u yayda tərk etməyəcək.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Turin klubu ilə müqavilənin müddətini uzadıb. İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, 67 yaşlı mütəxəssisin müddəti mövsümün sonunda başa çatacaq sözləşməsi daha 2 il artırılıb.

Spalletti 2025-ci ilin oktyabrında “Yuventus”un baş məşqçisi təyin olunub. Komanda A seriyasında 31 turdan sonra 57 xalla turnir cədvəlinin 5-ci pilləsini tutur

Seçilən
32
1
football-plus.az

2Mənbələr