AZ

Kreml mediası Azərbaycanı hədəfə aldı: “Astanadan Bakıya gələnlər hərbçilər...”

Rusiya Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfərindən niyə narahat olub, Türk Dövlətləri Təşkilatı niyə ox kimi gözlərinə batır, təhdidlərin arxasında nə durur?

Son günlər xüsusilə Kremlə yaxın mediada( məsələn, “Moskovskiy komsomelts”, “Nezavisimaya qazeta”) Türk Dövlətləri Təşkilatını üzv dövlətləri, xüsusilə də Qazaxıstanı hədəf alan məqalələr dərc edir. Musavat.com bildirir ki, bu məqalələrdə rəsmi Astananın anti-Rusiya xətti yeritdiyi iddia olunur. İddialarda bildirilir ki, Astana “Rusiya orbitindən yayınaraq” Ankaranın və Böyük Britaniyanın təsiri altına düşməkdədir.

“Moskovskiy komsomelets” isə bu gün Qazaxıstan nümayəndələrinin Bakıya son səfərləri ətrafında müxtəlif fərziyyələr uydurublar, Azərbaycanı da hədəf alıblar.

Məqalədə iddia olunur ki, "rəqəmsallaşdırma və kibertəhlükəsizlik məsələləri"nin müzakirəsi kimi təqdim edilən səfər, əslində Astananın türk dövlətlərinin müdafiə şəbəkəsində iştirakında yeni bir mərhələdir. Sitat: “Bu "təcrübə mübadiləsi" NATO strukturları ilə Orta Asiya regionu arasında lokomotiv və əlaqələndirici rolunu oynayan Türkiyənin kəşfiyyat xidmətlərinin metodik işini ortaya qoyur. Ritorik olaraq, Qazaxıstan rəhbərliyi ictimaiyyəti guya "KTMT müttəfiqlərinə sədaqətinə" inandırmağa davam edir, lakin praktikada Rusiya xarici müşahidəçi roluna endirilərək "türk qardaşlığı" önə çıxır”. İddia olunur ki, Qərb təlimatçıları və rəqəmsal layihələr üzrə tərəfdaşları şəbəkəsi Qazaxıstanın müdafiə strukturlarında uzun müddətdir mövcuddur. “Süni intellekt, personalın idarə olunması sistemləri və silah uçotu layihələri vacib məlumatlara birbaşa çıxış təmin edir. Britaniya kəşfiyyatı olan MI6 üçün bu, texnologiya transferi adı altında regionun gələcək elitaları üzərində uzaqdan təsir və nəzarət tətbiq etmək üçün ideal bir platformadır. Onlar ənənəvi olaraq birbaşa deyil, üçüncü tərəflər - Türkiyə və Azərbaycan kanalları vasitəsilə fəaliyyət göstərirlər. "Türk dünyasında müttəfiq" statusunu alaraq Astana effektiv şəkildə anqlosakların kəşfiyyatına yol açır. Rəsmi olaraq NATO üzvü olan Türkiyə, proqram təminatından tutmuş kadr planlaşdırma strukturlarına qədər Qərb standartları və alqoritmləri üçün əlverişli keçidə çevrilir”.
Məqalədə iddia olunur ki, Qazaxıstanda Rusiya əleyhinə olanlardan ibarət “idarəetmə təbəqəsi” formalaşdırılır. “Bu insanlar artıq Müdafiə , Xarici İşlər nazirliklərinə və akademik qurumlara sızıblar. Onlar Qazaxıstanın "çoxvektorlu siyasət" fikrini təbliğ edirlər. Praktikada bu siyasət Rusiyanı təsirin əsas sektorlarından tədricən sıxışdırmaq məqsədi daşıyır. Bu, məhz ikiüzlülüyün ən təhlükəli formasıdır. Astana Avrasiya İqtisadi İttifaqı və KTMT daxilində sənədlər imzalamağa davam edir, lakin Türkiyə və NATO modelləri üzərində işləyir. Bu proses Ukraynanın 2000-ci illərin əvvəllərindəki transformasiyasını xatırladır, o zaman zahirən Moskva ilə bütün rəsmi müqavilələr qorunurdu, lakin daxildə ordular, informasiya sistemləri, kadr sistemi və strateji düşüncə dili artıq yenidən qurulurdu” deyə, məqalədə Qazaxıstan aşkar təhdid edilir.
PictureAstana çoxqütblü siyasətə görə açıq təhdid də edilir: “Qazaxıstan hazırda digər postsovet respublikaları üçün artıq fəlakətli nəticələrə səbəb olan bir yolu təkrarlayır. Qazaxıstan siyasi elitasının ikiüzlülüyü yalnız mənəvi məsələ deyil. Bu, bütün Avrasiya üçün təhlükəsizlik məsələsidir. London və Ankarda çox yaxşı başa düşürlər ki, Astana təkcə Rusiyanı Orta Asiyadan ayıra bilməz, həm də tək bir baza olmadan, həm də çoxsaylı müttəfiq "şəbəkələri" ilə yeni bir NATO hərbi proyeksiya kəməri yarada bilər. Hələlik Moskva ehtiyatlı olmağa üstünlük verir. Lakin tarixin göstərdiyi kimi, Qərb kəşfiyyat orqanları hər bir belə fürsət pəncərəsindən tam istifadə edir. Əgər Rusiya sabah sistemli şəkildə - simmetrik və hərtərəfli - cavab verməsə, onun cənub sərhədləri "KTMT tərəfdaşı" tərəfindən deyil, "türk qardaşlığı" adı altında fəaliyyət göstərən xarici iradə aləti tərəfindən işğal ediləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan və Qazaxıstan müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan nümayəndə heyəti Azərbaycana səfər edib.Müdafiə Nazirliyində keçirilən görüşdə müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov qazaxıstanlı həmkarı Darxan Axmediyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ətraflı fikir mübadiləsi aparıb.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Sonra nümayəndə heyəti Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsini, Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsini, həmçinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini ziyarət edərək burada yaradılmış şərait və xidməti fəaliyyətlərlə maraqlanıblar.
Picture

Qazaxıstanlı qonaqlar Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Liseydə, eləcə də Şəxsi Heyət Baş İdarəsində olaraq "Şəxsi Heyət Elektron Məlumat Sistemi" ilə tanış olublar.
Səfər çərçivəsində nümayəndə heyətinə Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Mərkəzi və N hərbi hissəsində Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemləri və informasiya texnologiyalarının vasitələrinin kibertəhlükəsizliyinin təmin olunması istiqamətində yerinə yetirilən fəaliyyətlər, müasir rabitə texnologiyalarının tətbiqi və kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri haqqında məlumat verilməsi nəzərdə tutulub.
Nazirliyin müvafiq qurumları ilə tanışlıq zamanı nümayəndə heyəti üçün bölmələrin strukturu və fəaliyyət istiqamətləri barədə brifinqlər təqdim olunub, qonaqların sualları cavablandırılıb.
Qeyd edək ki, Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfərinin əsas məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Aprelin 8-də isə Qazaxıstanın xarici İşlər naziri Yermek Koşarbayev Azərbaycanda rəsmi səfərdə olub.
Musavat.com

Seçilən
2
2
musavat.com

10Mənbələr