AZ

Rəşad Sadıqov: “Sabah”a qarşı qazanılan hər bir xal dəyərlidir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 27-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib.

"İlk qol məyusedici idi. Lakin bundan sonra komanda hücumda fəallaşdı. Nəticədə 2 qol vurduq. Bundan sonra da komanda əzmkarlıq göstərdi. Son 10 dəqiqədə isə rəqib böyük qüvvə ilə irəli getdi, ancaq həmin dəqiqələrdə müdafiəmiz etibarlı oynadı. “Sabah”a qarşı qazanılan hər bir xal dəyərlidir, ona görə də 1 xal üçün çox sevinirik”.

Seçilən
5
fanat.az

1Mənbələr