AZ

ABŞ İran danışıqlarının nəticəsi ilə bağlı ƏN YAXŞI VƏ ƏN PİS SSENARİ

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vaşinqton və Tehran arasında böyük bir etimadsızlıq divarı olduğundan Pakistan paytaxtında ABŞ-İran danışıqlarının nəticəsini proqnozlaşdırmaq mümkün deyil.

"Ölkə.az" xəbər verir ki, "Dawn" qəzetinin məqaləsində deyilir ki, bununla belə dialoqun zorakılığın təkrarlanmasının və "qlobal iqtisadiyyatda daha böyük itkilərin" qarşısını alacağına ümid var.

Nəşr əhəmiyyətli nəticələrə nail olmağın olduqca çətin olacağını qeyd edir. Ən yaxşı ssenaridə ABŞ və İranın danışıqları davam etdirmək barədə razılığa gəlməsi gözlənilir. Ən pis ssenaridə isə əsas məsələlərdə razılıq əldə edilməsə və İsrail Livanda hücumlarını davam etdirsə, diplomatik səylər dalana dirənə bilər.

Nəşrin məlumatına görə, ABŞ sanksiyaların qismən və ya tam ləğvi, dəymiş ziyana görə təzminat da daxil olmaqla, İranın bəzi təkliflərini qəbul edə bilər. Lakin, İranın ABŞ qoşunlarının regiondan çıxarılması tələbləri və Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmək daha çətin olacaq.

"Dawn" həmçinin İran rəsmisinin nəşrə verdiyi açıqlamaya istinad edərək bildirib ki, İran danışıqlarda qırmızı xətt çəkməklə Beyrutdakı hücumlara son qoymağa məcbur edib. İran rəsmisi İsrailin yenidən bu xətti keçəcəyi təqdirdə danışıqların dayandırılacağını açıq şəkildə bildirib.

Elvin

Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
2
olke.az

3Mənbələr