Türkiyə siyasətinin tanınmış simalarından biri Hüsaməddin Cindoruk müalicə aldığı xəstəxanada 93 yaşında vəfat ediB.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsində çalışmış Cindoruk 2011-ci ildə Demokrat Partiyasının (DP) sədri vəzifəsindən istefa verdikdən sonra aktiv siyasətdən uzaqlaşmışdı.
Müxtəlif səhhət problemləri səbəbindən 25 dekabr 2025-ci ildə İstanbulda xəstəxanaya yerləşdirilib.
Cindorukun ölüm xəbərindən sonra siyasətçilərdən dəstək mesajları gəlməyə başlayıb.