Hazırda Bakı şəhərinin Xəzər, Nizami, Sabunçu, və Səbail rayonlarında, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri davam etdirilir. Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən görülür.