Keçmiş ədliyyə naziri Südabə Həsənova 79 yaşında vəfat edib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Südabə Həsənova 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib.
O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib.
Qeyd edək ki, Südabə Həsənova ədliyyə naziri (1995 - 2000), Ali Məhkəmənin sədri (2000 - 2005) vəzifələrində işləyib.