AZ

Qurban Qurbanov: "Hələ çempionatda maraqlı oyunlarımız var"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən “Şamaxı” ilə oyun (0:0) barədə fikirlərini bildirib.

Publika.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı çempionluq yolunda xal itksi ilə bağlı görüşlə bağlı bunları deyib:

"Son saniyədək yaxşı mübarizə getdi. Çox güc sərf olundu, amma qol olmadı. Belə hallar olur. Qarşıdakı oyunlara hazırlaşacağıq. Hələ çempionatda maraqlı oyunlarımız var. “Neftçi” ilə iki, “Sabah”la bir oyunumuz var. Titul uğrunda mübarizədə belə vəziyyət olur. Amma biz çalışacağıq ki, azarkeşlər üçün, özümüz üçün baxımlı oyun sərgələyək”.

Seçilən
23
publika.az

1Mənbələr