AZ

İranın Qum əyalətində hava hücumundan zərər görən dəmiryol körpüsü bərpa edildi

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İranın Qum vilayətində hava zərbələri səbəbindən zərər görmüş dəmiryol körpüsünün bərpası 40 saatdan da qısa vaxt ərzində yekunlaşıb.

Redaktor.az məlumat verir ki, bu barədə vilayət rəhbərinin müavini Xosrov Sameri "Fars" informasiya agentliyinə bildirib.

"Qum vilayətinin Tac Xatun kəndi yaxınlığında olan və sonuncu düşmən hücumundan xəsarət alan yeddi aşırımlı dəmiryol körpüsü təmir olunaraq 40 saatdan az bir müddətdə istismara qaytarıldı", - deyə vilayət rəhbəri vurğulayıb.

Qeyd edək ki, aprelin 7-də ABŞ və İsrail qüvvələrinin hava zərbələri nəticəsində İranın bir neçə mülki infrastrukturu, o cümlədən üç dəmiryol və bir avtomobil körpüsü, həmçinin bir dəmiryol xətti zədələnmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
redaktor.az

2Mənbələr