AZ

Türkiyədə 2040-cı ilədək siqaret satışının tam qadağan edilməsi nəzərdə tutulur


Türkiyədə 2040-cı ilədək bütün tütün və siqaret məhsullarının satışının tam qadağan edilməsi nəzərdə tutulur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilir ki, hakim Ədalət və İnkişaf Partiyası tərəfindən hazırlanan qanun layihəsi parlamentiə təqdim olunacaq.
Layihə qəbul olunarsa, yeni qaydalar ölkədə təxminən 19 milyon siqaret istifadəçisinə birbaşa təsir göstərəcək. Qadağa 1 yanvar 2040-cı ildən qüvvəyə minəcək və həmin tarixdən sonra tütün istehsalçıları, idxalçıları və pərakəndə satıcıları 1 milyondan 5 milyon türk lirəsinə qədər cərimələnə bilərlər. Təkcə satıcılar deyil, tütün məhsullarını alan və ya saxlayan şəxslər də ciddi maliyyə sanksiyaları ilə üzləşəcəklər.
Qanun layihəsində diqqət çəkən məqamlardan biri tütün məhsullarının anlayışının genişləndirilməsidir. Yeni tərifə yalnız ənənəvi siqaretlər deyil, həm də elektron siqaretlər, qızdırılan tütün cihazları, sintetik və ya üzvi nikotin tərkibli sistemlər, eləcə də tütün tərkibli olmasa belə siqaretləri imitasiya edən məhsullar daxil ediləcək.
Sənəddə həmçinin mərhələli keçid planı nəzərdə tutulur. 2040-cı ilə qədər olan dövrdə ictimai yerlərdə siqaret çəkməyə qoyulan məhdudiyyətlər daha da sərtləşdiriləcək, tütün satışına nəzarət gücləndiriləcək və bəzi hallarda yalnız nağdsız ödənişlərə icazə veriləcək.
Seçilən
17
yeniavaz.com

1Mənbələr