AZ

“Mançester Yunayted” Andersonun transferi üçün Maquayrdan istifadə edəcək

“Mançester Yunayted” yay transfer dönəmində “Nottingem Forest” klubunun yarımmüdafiəçisi Elliot Andersonu heyətinə qatmaq üçün müdafiəçi Harri Maquayrdan istifadə etməyi planlaşdırır.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, “qırmızı şeytanlar” Maquayrın Andersonla əlaqə saxlamasını və onu “Mançester Siti”yə keçiddən imtina edərək “Mançester Yunayted”ə transfer olunmağa razı salmasını istəyir.

Bildirilir ki, Mançester təmsilçisinin 23 yaşlı futbolçu üçün rəqiblərini üstələyəcək maliyyə imkanı var. Klub yarımmüdafiəçinin transferi üçün 100 milyon funt sterlinqdən (təxminən 115 milyon avro) artıq məbləğ ödəməyə hazırdır.

Cari mövsümdə Anderson bütün turnirlərdə 41 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Onun bazar dəyəri isə 60 milyon avro qiymətləndirilir.

Seçilən
19
90deqiqe.az

1Mənbələr