Buxarest Universitet Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Draqos Vineryanu əfsanəvi məşqçi Mirça Luçeskunun son günləri və onunla apardığı təsirli söhbət barədə danışıb.
"Cebheinfo.az" xəbər verir ki, həyatını idmana həsr edən mütəxəssis ömrünün son anlarını məhz yaşıl meydanlarda keçirmək arzusunda olub.
"O mənə müraciət edərək sadəcə futbol meydançasında ölmək istədiyini bildirdi. Onun tam səmimi olduğunu və taleyi ilə müəyyən mənada barışdığını hiss edirdim. O, daim meydandan kənarda qalmağın peşmançılığını yaşayırdı, çünki bütün həyatı orada keçmişdi", - deyə həkim vurğulayıb.
Şöbə müdiri məşqçinin futbola bağlılığını bu sözlərlə ifadə edib:
"O dayanmadan "məni oyuna buraxın" deyirdi. Fikrimcə, o bu arzusunu hamıya çatdırmışdı və hamı bunu bilirdi. Özünü peşəsinə, bütöv nəsillərin yetişməsinə və futbola həsr edən bu şəxs, sözün əsl mənasında, futbolun dirijoru idi".
Xatırladaq ki, martın 29-da Slovakiya ilə qarşılaşmadan öncə futbolçularla görüş zamanı huşunu itirən Luçesku, milli komandanın düşərgəsindən təcili olaraq birbaşa Universitet Xəstəxanasına yerləşdirilmişdi.
Xəstəxanada on gün davam edən müalicə prosesində o, infarkt keçirib. Aprelin 5-də səhhətinin kəskin pisləşməsi səbəbindən Reanimasiya şöbəsinə köçürülən əfsanəvi məşqçi, cəmi iki gün sonra həyata gözlərini yumub.(Oxu.Az)
"Cebheinfo.az"