AZ

Futzal millimiz Gürcüstana ikinci oyunda da uduzdu – ARENA.AZ

Gürcüstanda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi yığmamız bu dəfə də Gürcüstan millisi ilə üz-üzə gəlib.

İki gün əvvəlki oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç həm qapıda, həm də meydan oyunçuları sırasında dəyişiklik etmişdi. Çərçivə bu dəfə Emin Kürdova tapşırılmışdısa, ilk dəqiqələrdən meydana bu gün doğun gününün qeyd edən Tofiq Mikayılov, Oqtay Rüstəmli, Murad Quluzadə və Fərid Abbasov çıxmışdı. Yeri gəlmişkən, ötən matçda meydana çıxan Pünhan Qasımzadə əsas millidə debütünü reallaşdırmışdı.

Oyuna gəldikdə, komandamız bu dəfə meydanı 2:5 hesablı məğlubiyyətlə tərk edib. Futzal millimiz ilk oyunda da 2:4 hesablı məğlubiyyətə üzülmüşdü.

Yoxlama oyunu
11 aprel

Gürcüstan – Azərbaycan 5:2
Qollar: Nikoloz Qabriçidze, 3:03. Levan Svanidze, 14:09. Georgi Çimakadze, 34:02; 38:16. Nikoloz Kurtanidze, 37:26 – Nihad İsmayılov, 13:02. Ədalət Ələkbərov, 39:37.
Hakimlər: Qriqol Bliadze, Aleksandre Qrdzelişvili, Qoça Taruaşvili.
Tiflis. “Tiflis Arena”. Saat 14:00.

Gürcüstan: 16. Əli Aslani, 2. Nikoloz Qabriçidze, 4. Georgi Çimakadze, 6. Janiko Georgiya, 7. Şota Topuriya, 1. Luka Xarşiladze, 12. Tornike Bukiya, 3. Saba Tkeşelaşvili, 8. Vaxtanq Kekeliya, 9. İrakli Todua (k), 10. Vaxtanq Jvaraşvili, 11. Nika Xaratişvili, 14. Nukri Tçumburidze, 17. Arçil Sebiskveradze, 18. Nikoloz Kurtanidze, 19. Saba Egriselaşvili, 20. Levan Svanidze.
Baş məşqç: Avtandil Asatiani.

Azərbaycan: 1. Emin Kürdov (k), 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 20. Fərid Abbasov, 12. Rövşən Hüseynli, 3. Kənan Manafov, 4. Pünhan Qasımzadə, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 17. Ədalət Ələkbərov, 18. Tofiq Əliyev.
Baş məşqçi: Yevgeni Kukseviç.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
39
7
arena.az

10Mənbələr