AZ

Media dialoqun qurulmasında çox böyük rol oynayır Baş redaktor

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Erməni ekspertlərin müsahibələrinin, Azərbaycan mediasında çıxışlarının, eləcə də Azərbaycanlı ekspertlərin erməni mediasında çıxışlarının sayı xeyli artıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu “First News Media” (1news.az) internet portalının baş redaktoru Kəmalə Məmmədova “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında deyib.

“Media sahəsinə gəldikdə, bu da bu gün panellərdən birində müzakirə olunan mövzulardan biri idi. Əlbəttə, media dialoqun qurulmasında və düzgün, sülhə yönəlmiş gündəliyin formalaşdırılmasında çox böyük rol oynayır. Avqust ayından etibarən, Sizin konsul şurasından sonra bu tendensiya nəzərə çarpır. “Sülh Körpüsü” təşəbbüsünün fəaliyyətə başlamasından sonra isə siz də müşahidə edə bilərsiniz ki, erməni ekspertlərin müsahibələrinin, Azərbaycan mediasında çıxışlarının və əksinə, Azərbaycanlı ekspertlərin erməni mediasında çıxışlarının sayı xeyli artıb.

Əlbəttə, nifrət nitqinin, yəni “hate speech”in azalması da müşahidə olunur və ən əsası, media vasitəsilə sülhün nə olduğunu izah etmək vacibdir. Bir çox insanlar sülhün nəyi ifadə etdiyini tam anlamır. Eyni zamanda, sülh sazişinin bizə gətirəcəyi üstünlüklər, müsbət və pozitiv məqamlar barədə də məlumat vermək vacibdir”,- Kəmalə Məmmədova bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
globalinfo.az

2Mənbələr