AZ

Keşlədə kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır

Aprelin 5-i və 6-da intensiv yağan yağışlar nəticəsində Keşlədə kollektorun daşması ilə əlaqədar ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Xatırladılıb ki, Bakı dairəvi magistral kollektorunda suyun kəskin artması və qəsəbənin M.Ə. Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ciddi fəsadlar yaranmışdı.

Bildirilib ki, Nizami rayonunun kommunal xidmət sahələri tərəfindən görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur.

BHİŞ-dən vurğulanıb ki, həmçinin, gələcəkdə belə halların təkrarlanmaması və preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyatı qurumlara müraciətlər ünvanlanıb.

Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri aparılır.

Seçilən
17
11
musavat.com

10Mənbələr