ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə prokurorlar İsrailin Baş naziri Binyamin Netanyahu və digər İsrail rəsmiləri üçün min illərlə ölçülən həbs cəzaları tələb edib.
Doğru.az xəbər verir ki, bu barədə RIA Novosti Türkiyə KİV-lərinə istinadən məlumat yayıb. Prokurorluq İstanbul 10-cu Ağır Cinayət Məhkəməsinə göndərdiyi ittiham aktında 35 təqsirləndirilən şəxs üçün ömürlük həbs və 1102 ildən 4596 ilə qədər cəza istəyib.
İttihamlara əsasən, israilli rəsmilər Qəzza zolağında insanlığa qarşı cinayətlər, soyqırım, qanunsuz həbs, qəddar rəftar və digər ağır əməllərdə günahlandırılır.
Bundan əvvəl isə İsraildə Netanyahu işi üzrə dinləmələrin yenidən başlayacağı bildirilmişdi.
DOĞRU.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.