AZ

Liverpul dan ayrılacaq futbolçunun yeni iş yeri dəqiqləşdi Tərəflər razılığa gəldilər

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Cari mövsümün sonunda "Liverpul"u tərk edəcəyi öncədən bilinən cinah müdafiəçisi Endryu Robertsonun yeni iş yeri açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb. 

Məlumata görə, 32 yaşlı futbolçunun karyerasını "Tottenhem"də davam etdirəcəyi dəqiqləşib. Mənbə tərəflərin artıq müqavilənin detallarını razılaşdırdıqlarını bildirib.

Bu mövsüm Mersisayd klubunun forması ilə bütün turnirlərdə 31 matça çıxan arxa xətt oyunçusu 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir. 

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr