AZ

AFFA Gənclər Liqasının oyunlarını təxirə saldı - SƏBƏB

AFFA-nın bayrağı altında keçirilən Gənclər Liqasında II mərhələnin IV və V tur qarşılaşmaları təxirə salınıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə assosiasiyanın mətbuat xidmətindən bildirilib.

Matçların ertələnməsinə əsas səbəb kimi Azərbaycanın U-20 milli komandasının aprelin 13-dən 26-dək Qəbələ şəhərində reallaşdıracağı təlim-məşq toplanışı göstərilib.

Beləliklə, ilkin olaraq aprelin 18-19 və 25-26-da oynanılması planlaşdırılan idman görüşləri qeyri-müəyyən müddətədək təxirə salınıb.

Seçilən
46
1
far.az

2Mənbələr