Ajans.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, sözügedən vəsaitlər əsasən Qətərdə və digər ölkələrin banklarında yerləşir. İran tərəfi bu addımı Vaşinqtonun “xoşməramlılıq siqnalı” və mümkün uzunmüddətli razılaşmaya hazırlıq kimi qiymətləndirir.
Hazırda ABŞ tərəfindən məsələ ilə bağlı rəsmi təsdiq verilməyib. Bildirilir ki, qərar İslamabadda davam edən danışıqlarla əlaqəli ola bilər.