AZ

Yüksək Liqa:Yarımfinal mərhələsinin cavab oyunları başlayır

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin cavab matçları start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq görüş saat 18:00-da başlayacaq.

Tərəflər arasında ilk qarşılaşmada "DH Volley" 3:0 hesabı ilə qələbə qazanıb.

Yarımfinal mərhələsinin digər dueli aprelin 13-də, "Turan" və "Gəncə" kollektivləri arasında reallaşacaq.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq

Seçilən
6
fanat.az

1Mənbələr