AZ

"Turan" Ehtiram Quliyevə verilən cərimə ilə RAZILAŞDI

"Turan Tovuz" AFFA İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək.

Sportinfo.az xəbər verir ki, qərb klubu qərarın dəyişməsi üçün apellyasiya şikayəti verməyəcək.

AFFA İntizam Komitəsi "Turan Tovuz"u ötən gün 20 000 manat cərimələyib. Bu məbləğin 15 000 manatı klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin Azərbaycan Kubokunun yarımfinalında "Zirə" ilə matçdan (0:2) sonrakı açıqlamalarına görə olubsa, 5000 manatı komandanın azarkeşlərinin oyun zamanı hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ilə bağlıdır.

Seçilən
20
sportinfo.az

1Mənbələr