AZ

ABŞ vitse prezidenti Vens İranala danışıqlar üçün İslamabada gəlib

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens İslamabada gəlib və burada İran nümayəndə heyəti ilə danışıqlar aparacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.

Məlumata görə, Pakistan paytaxtına ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner də gəlib.

"Cümə gecəsindən şənbəyə keçən gecə İslamabada İran nümayəndə heyəti də gəlib. Heyətə İslam Respublikasının parlament spikeri Məhəmməd Baqir Qalibaf rəhbərlik edir. Bundan əlavə, nümayəndə heyətinə İran Mərkəzi Bankının sədri Abdolnaser Həmməti, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədiən və Xarici İşlər naziri Abbas Əraqçi daxildir", – deyə İranın dövlət televiziyası məlumat verib.

Danışıqların əsas mövzusunun Tehranın irəli sürdüyü 10 maddədən ibarət təklif əsasında kompromislərin axtarılması olacağı gözlənilir. Təklifdə qeyri-hücum prinsipi, Tehranın Hörmüz boğazına nəzarəti, uranın zənginləşdirilməsi, əsas və əlavə sanksiyaların ləğvi, kompensasiya ödənişi və ABŞ qüvvələrinin regiondan çıxarılması kimi məsələlər yer alır.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
bizimyol.info

1Mənbələr