“Vəfa və Nəfəs mənim yutubda aparacılıq etdiyim “Tarix ilə səmimi” verilişimin qonağı olublar. Bu veriliş illərdir yutubda var. Orada demək olar ki, bütün müğənnilər iştirak edib. Sadəcə neçə vaxtdır çəkiliş etmirdim”.
Bunu “Yeni Sabah”a aparıcı Tarix Əliyev deyib.
Onun sözlərinə görə, həftədə 2 dəfə yutubda izləyicilərin qarşısına çıxacaq.
“Düşündüm ki, yenidən yayımlamağa başlayaq. Özümə də maraqlı gəlir. Çünki bu gün sosial mediada da durğunluqdur. Müğənnilərin də ürəkləri doludur.
Çox maraqlı qonaqlarım olacaq. Hətta bu veriliş vaxtı ilə çox qalmaqallara səbəb olub. İndiyəcən də müzakirə olunur. Rəhmətlik Zöhrə Abdullayeva da orada qonağım olmuşdu.
"Tarix ilə səmimi" dünənin verilişi deyil. Sadəcə bir ara vaxtım olmadığı üçün çəkilişləri dayandırmışdıq”.
Aparıcı televiziyaya qayıtmaq məsələsinə də münasibət bildirib:
“Hələlik heç nə fikirləşmirəm. Heç bir ay deyil verilişimin bağlandığı. Hələ məndən vacib olan aparıcılar var. Məncə, onlar bir az düşünsünlər. Belə rahatam”.
Xatırlatma: sosial mediada Tarix Əliyevin yenidən ekranlara qayıdacağı və ilk qonaqlarının müğənni Nəfəs və Vəfa Şərifova olacağı haqqında iddialar yayılıb. Buna qədər Space TV-də "Tarixin bir günü" verilişinin aparıcısı idi.
"Cebheinfo.az"