AZ

Napoli 18 yaşlı vinger üçün hərəkətə keçəcək

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Napoli" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İtaliya çempionunun əsas hədəfi "Zaltsburq"da çıxış edən Kərim Alaybeqoviçdir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Napoli" 18 yaşlı vingeri dünya çempionatı başlamadan əvvəl transfer etmək istəyir. A Seriyası nəhəngi 18 yaşlı futbolçu üçün 25-30 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Zaltsburq" Kərim Alaybeqoviçi mövsümün əvvəlində 2 milyon avroya "Bayer"dən transfer edib. Bosniya və Herseqovina millisinin üzvü Avstriya təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya klubu yayda 8 milyon avroluq geri satınalma bəndini işə salaraq oyunçunu yenidən heyətinə cəlb edəcək.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
sportal.az

2Mənbələr