AZ

“BÖYÜK İRƏLİLƏYİŞ VAR MÜHARİBƏ TEZLİKLƏ BİTƏ BİLƏR!” Budanovdan sesnsasiyalı açıqlamalar

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kremllə mümkün sülh razılaşması istiqamətində əhəmiyyətli irəliləyişlər varvə münaqişənin həlli prosesi uzun çəkməyəcək.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin hazırkı rəhbəri və Ukrayna Hərbi Kəşfiyyatının sabiq rəisi Kirill Budanov “Bloomberg”-ə verdiyi müsahibədə deyib.

"Hamı başa düşür ki, müharibənin bitməsi lazımdır. Buna görə də onlar (Rusiya hakimiyyəti – red.) danışıqlar aparırlar. Düşünmürəm ki, bu, uzun müddət davam edəcək", - Budanov deyib.

Onun sözlərinə görə, Rusiyanın müharibəni bitirmək üçün açıq bir stimulu var.

"Bizdən fərqli olaraq, onlar öz pullarını xərcləyirlər. Bunlar nəhəng məbləğlərdir - artıq trilyonlarla ölçülür", - deyə Ukrayna danışıqlar heyətinin aparıcı üzvü olan Budanov qeyd edib.

O, sülh danışıqlarında ən həssas məsələ olan ərazi məsələsində mümkün kompromis barədə şərh verməkdən imtina edib: "Son qərar hələ verilməyib. Lakin prinsip etibarilə, indi hər kəs məqbul olan həddi aydın başa düşür. Bu, çox böyük bir irəliləyişdir".

Artıq xeyli vaxtdır məlumdur ki, Ukrayna Rusiya ordusunun dörd ildən çox davam edən tammiqyaslı müharibədə ələ keçirə bilmədiyi bütün Donetsk vilayətindən qoşunlarını çıxarmağa razı olarsa, Rusiya sülh memorandumunun layihəsini imzalamağa hazırdır. “Bloomberg”-in məlumatına görə, eyni zamanda buna qarşılıq olaraq Moskva Sumı, Xarkov və Dnepropetrovsk vilayətlərindən qoşunlarını çıxarmağa, eləcə də Kiyevin nəzarətində olan Xerson və Zaporojye vilayətlərinin qalan hissəsinə iddialarından imtina etməyə hazır olduğunu bildirib. Hansı ki, həmin böyük əraziləri zatən işğal edə bilmir və bunun yaxın bir neçə ildə belə baş verəcəyi inandırıcı görünmür.

Ukrayna əvvəllər dəfələrlə, hətta Tramp administrasiyasının təhid və tələblərinə rəğmən, Donbasın öz nəzarətində qalan hissəsinin verilməsini rədd edib. Kiyevin təklifi qoşunların hazırda durduğu yerdə dayanması və həmin xətt əsasında sülhün bağlanmasıdır. Lakin Ukrayna hüquqi baxımdan öz işğal edilmiş ərazilərindən imtina etmir, bununla yanaşı, onların hərbi yolla azad edilməsinə də iddialı deyil.

Mart ayında Prezident Volodimir Zelenski Donbas ərazisinin sərhəddə işğal edilmiş torpaqlarla dəyişdirilməsini istisna etmişdi. "Bu torpaqları müqayisə etmək olmaz", - deyə o bildirib: "Sərhəd ərazilərini düşmənin saxlaması çox çətindir; onlar oranı saxlaya bilməyəcəklərini başa düşürlər və biz onları sıxışdırıb çıxaracağıq. Buna görə də bu, bizə(Rusiyanın verdiyi-red.) hədiyyə deyil".

Zelenski vurğulayıb ki, Rusiyanın məqsədləri müharibənin əvvəlindən bəri faktiki olaraq dəyişməz qalıb: "Deyə bilərik ki, onların iştahası bir az azalıb, amma bu, hələlik belədir. Buna görə də, söhbət sərhəddəki kiçik ərazilərin Donbasdakı böyük bir ərazi ilə dəyişdirilməsindən gedə bilməz".

O, həmçinin əlavə edib ki, Rusiya danışıqlardan çıxmağı seçərsə, Ukrayna müharibəyə son qoymaq üçün başqa yollar axtaracaq.

Göründüyü kimi, müharibənin tamamilə perspektivsiz olduğunu hər kəs, o cümlədən cəbhədə heç bir irəliləyiş edə bilməyən Rusiya da yaxşı başa düşür. Onu da başa düşür ki, Ukrayna heç bir vəchlə Donbasdan öz qoşunlarını qarşılıqlı geri çəkilmə olmadan çıxarmayacaq.

Artıq Rusiay “Z-ictimaiyyəti” belə Kremli sərt tənqid edərək, müharibənin davam etdirilməsinin mənasız olduğunu bildirir. Buna paralel olaraq, iqtisadiyyatın vəziyyəti getdikcə pisləşir, internet bloklanmaları əhalinin hakimiyyətdən narazılığını artırır, Putinin reytinqi hətta Kremlə yaxın sorğu mərkəzlərinin hesabatlarında belə sürətlə enir və sair. Bütün bunlar müharibənin yaxın müddətdə hansısa formada bitəcəyindən xəbər verir. Hər iki tərəfin razılaşdığı son Pasxa atəşkəsi də bunun ilk əlaməti ola bilər.

C.Məmmədli

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
azpolitika.info

1Mənbələr