AZ

FIFA İranın DÇ 2026 matçları ilə bağlı tələbini rədd etdi

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Meksika Prezidenti Klaudiya Şeynbaum İran milli komandasının 2026-cı il dünya çempionatındakı oyunlarının keçiriləcəyi məkanla bağlı FIFA-nın yekun qərarını ictimaiyyətə açıqlayıb.

Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, ali futbol qurumu təqvimə salınmış matçların əvvəlcədən müəyyənləşdirilmiş məkanlardan başqa yerə köçürülməsinin mümkün olmadığına qərar verib.

Dövlət başçısının sözlərinə görə, məkan dəyişikliyi kimi ciddi bir addım FIFA-dan yenidən irimiqyaslı logistik tədbirlərin həyata keçirilməsini tələb edəcəkdi.

Xatırladaq ki, bir müddət öncə İran tərəfi regional təhlükəsizlik amillərini və mövcud narahatlıqları əsas gətirərək, milli komandasının oyunlarının ABŞ əvəzinə Meksikada təşkil olunmasını rəsmən tələb etmişdi.

Əlavə edək ki, futbol üzrə DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq. Sözügedən turnirdə İran yığması Belçika, Misir və Yeni Zelandiya komandaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
2
cebheinfo.az

3Mənbələr